Türkiyəli forvard Enes Ünaldan yeni xəbər var. Belə ki, ''Xetafe'' sabiq futbolçusunu geri qaytarmaq istəyir.
"Football-plus.az" xəbər verir ki, 28 yaşlı futbolçu hazırda ''Bornmut''un şərəfini qoruyur.
Enes bu ilin yanvarında şanssız şəkildə zədə almış və onun diz bağları qopmuşdu. 9 aylıq fasilədən sonra təcrübəli futbolçu nəhayət geri döndü. O ötən həftəsonu ''Bornmut''un evdə ''Nottingem Forest''i 2:0 yendiyi qarşılaşmada son anlarda oyuna daxil oldu. İspaniya mətbuatının yazdığına inansaq, ''Xetafe'' qış transfer dönəmində onu icarəyə götürmək üçün premyer-liqa klubuna rəsmi təklif irəli sürəcək.
Madrid təmsilçisi sabiq üzvünü hələ ötən qış geri qaytarmaq istəyirdi. Amma həmin vaxt Enes ağır zədə aldığından danışıqlar yarımçıq dayandırılmışdı. ''Bursaspor''un yetirməsi olan Enes Ünal ''Breda'', ''Genk'', ''Tvente'', ''Vilyarreal'', ''Levante'', ''Valyadolid'' kimi klublarda top qovub. O, ''Xetafe'' fanatları tərəfindən çox sevilir. Zədələnməmişdən öncə Türkiyə yığmasına da daimi dəvət alan Ünal 2020-24-cü illərdə ''Xetafe''də forma geyib və 109 oyuna 36 qol vurub. O, klub tarixinin ən məhsuldar oyunçuları siyahısında 6-cı pillədədi.
2024-ün fevralında Enes İngiltərəyə məhz ''Xetafe''dən yollanmışdı. 6 ay icarə əsasında oyandıqdan sonra ''Bornmut'' ötən ilin yayında ispaniyalılara 16,4 milyon avro ödəmiş və bu futbolçu ilə dördillik müqavilə imzalamışdı. Ünal İngiltərəyə yenicə uyğunlaşmağa başlayırdı ki, ağır zədə alaraq uzun müddətə sıradan çıxdı. Onun sabiq klubuna qayıdıb-qayıtmayacağı bilinmir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta