AZ

"Kapitan olaraq buranı tərk etmək istəmədim"

"Səbail"in kapitanı Yusif Nəbiyev Sportinfo.az-a açıqlama verib.

Uzun illər Premyer Liqada çıxış edən futbolçu yay fasiləsində gözlənilmədən Birinci Liqada yoluna davam etməyə qərar verdi.

O, addımını belə izah edib:

"Elita klublarından real təkliflərim vardı. Sadəcə kapitan kimi tərk etmək istəmədim. Komandada qalmağı özümə borc bildim. İnşallah, mübarizə aparıb, yenidən Premyer Liqaya qayıtmaq üçün qalmalıydım".

Nəbiyev "Uzun illər Premyer Liqada çıxış edən biri kimi aşağı Liqada top qovmaq psixoloji baxımdan çətin deyilmi" sualını isə belə cavablayıb:

"Psixoloji problem yoxdur. Çünki hər şeyi başdan düşünüb qərar vermişdim. Ona görə də hər şey qaydasındadır".

XANOĞLAN

Seçilən
29
sportinfo.az

1Mənbələr