AZ

İranda ərəb dini fəal güllələndi - FOTO

BAKI, 28 oktyabr. TELEQRAF

İranın Əhvaz vilayətində fəaliyyət göstərən ərəb dini fəal Haşim Eydani oktyabrın 26-da təhlükəsizlik qüvvələri tərəfindən Xəbinə-Əliya kəndində öldürülüb.

Teleqraf xəbər verir ki, bu barədə Karun İnsan Haqları Təşkilatı məlumat yayıb.

Təşkilat bildirib ki, kənd və Eydaninin evini mühasirəyə alan onlarla şəxsi və rəsmi nömrəli avtomobildən Karun çayına atılaraq qaçmağa çalışan fəala atəş açılıb:

“Təhlükəsizlik qüvvələri fəalı öldürdükdən sonra cəsədini çaydan çıxarıb, amma ailəsinə söyləyiblər ki, cəsəd tapılmayıb. Məlumata görə, kənddə polis və kəşfiyyat qüvvələri yerləşdirilib, ailəyə mərasim keçirməyə icazə verilmir”.

Seçilən
25
teleqraf.com

1Mənbələr