“Bayer” ciddi itki ilə üzləşib.
Msport.az xəbər verir ki, Ezekiel Fernandes sıradan çıxıb.
Bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Argentina millisinin üzvü dizindən zədələnib. 23 yaşlı dayaq yarımmüdafiəçisi 7-8 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Ezekiel Fernandes bu mövsüm “Bayer”in heyətində 8 rəsmi matçda meydana çıxıb.