ain.az bildirir, Sherg.az saytına əsaslanaraq.
UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçiriləcək “Qarabağ” – “Çelsi” oyununun biletləri sabah, oktyabrın 29-da saat 15:00-dan satışa çıxarılacaq.
News24.az xəbər verir ki, bu dəfə bilet qiymətləri əvvəlki oyunlarla müqayisədə xeyli bahalaşıb.
Belə ki, standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50 və 75 manat arasında dəyişir. VIP sektorlar üçün qiymətlər 200, 250, 300 və 400 manat, VVIP sektorlar üçün isə 1000 manat olaraq müəyyən edilib.
Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və rəsmi saytı üzərindən satışda olacaq. Onlayn alış zamanı çətinlik yaşayan azarkeşlər Park Bulvardakı “Qarabağ” Fan-Şopuna və ya Tofiq Bəhramov stadionunun kassalarına müraciət edə bilərlər.
Klub rəhbərliyi saxta biletlərə qarşı xəbərdarlıq edərək, stadiona yalnız QR kodlu biletlərlə girişin mümkün olacağını bildirib.
Qeyd edək ki, matç Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.