AZ

Toyuq bulyonu soyuqdəymə zamanı faydalıdır?

Toyuq bulyonu soyuqdəymə zamanı orqanizm üçün həqiqətən də faydalı ola bilər.

Redaktor.az xəbər verir ki, bu barədə terapevt Anna Xakimova gazeta.ru-ya müsahibəsində məlumat danışıb.

Həkimin sözlərinə görə, ən faydalı bulyon bütöv toyuqdan hazırlanandır.

“Əgər toyuq sərbəst şəraitdə bəslənibsə, onun əzələlərində karnozin adlı maddə daha çox olur. Karnozin orqanizmdə iltihab proseslərini azaldan təbii bir birləşmədir,” - deyə Xakimova bildirib.

Terapevt əlavə edib ki, bulyondan daha çox fayda əldə etmək üçün ona tərəvəzlər - məsələn, yerkökü, soğan, kərəviz və bibər əlavə etmək lazımdır. Bu məhsullar antioksidantlar və prebiotiklərlə zəngindir, bu da soyuqdəymə zamanı bağırsaq mikroflorasının qorunmasına kömək edir.

Aytəkin TOFİQQIZI

Seçilən
34
1
redaktor.az

2Mənbələr