AZ

Paşinyan Britaniya diplomatı ilə yolların açılmasından danışdı

BAKI, 28 oktyabr. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan Böyük Britaniyanın İrəvana yeni təyin olunmuş səfiri Aleksandra Pamela Kolla görüşüb.

Teleqraf xəbər verir ki, həmsöhbətlər ticari-iqtisadi əlaqələrin təşviqi və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

Tərəflər ikitərəfli münasibətlərin strateji dialoqdan strateji tərəfdaşlıq səviyyəsinə qaldırılmasının vacibliyini vurğulayıblar.

Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və sülhün bərqərar olmasına, həmçinin regional nəqliyyat yollarının açılmasına yönəlmiş addımlara istinad edilib.

Seçilən
30
teleqraf.com

1Mənbələr