Bakı. Trend:
UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsindəkeçiriləcək “Qarabağ” - “Çelsi” (İngiltərə) oyununun biletləri 29oktyabr, saat 15:00-dan etibarən satışa çıxarılacaq.
Trend xəbərverir ki, bu barədə “Qarabağ” klubunun Mətbuat xidməti məlumatyayıb.
Bildirilib ki, oyun Tofiq Bəhramov adına Respublika stadionundakeçiriləcək.
Standart biletlərin qiyməti:
10, 15, 25, 35, 40, 50, 75 AZN
VIP sektorlar: 200, 250, 300 və 400 AZN
VVIP sektorlar: 1000 AZN
Qeyd edilib ki, biletlər yalnız iTicket.az-ın mobil tətbiqi vəsaytı üzərindən əldə edilə bilər.
“Onlayn bilet alışı ilə bağlı çətinlik yarandıqda azarkeşlərimiziTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK-nınFan-Şopuna və Tofiq Bəhramov adına Respublika stadionununkassalarına müraciət edə bilər. Saxta biletlərə aldanmayın.Stadionagiriş yalnız QR bilet ilə mümkün olacaq”, - deyə məlumatdavurğulanıb.