AZ

Türkiyənin ilk kosmonavtı Alper Gezeravcı AzTU-nun qonağı olub

Türkiyənin ilk kosmonavtı, hərbi pilot Alper Gezeravcı Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub.

Azərbaycan Texniki Universitetinin Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, qonaq AzTU-nun rektoru Vilayət Vəliyevlə görüşüb.

Daha sonra Alper Gezeravcı universitetin ərazisini gəzib. Həmçinin “Mühendis Geliştirme Proqramı” (MGP) emalatxanası ilə tanış olub. Qeyd olunub ki, MGP emalatxanası Türk Aviasiya ve Kosmik Sənayesi Şirkəti (TUSAŞ) ilə AzTU-nun əməkdaşlığı çərçivəsində qurulub. Emalatxanada Alper Gezeravcıya AzTU və Milli Aviasiya Akademiyasının (MAA) tələbələrinin birgə hazırladığı müdafiə təyinatlı pilotsuz uçuş aparatı (PUA) haqqında da ətraflı məlumat verilib.

Bildirilib ki, sözügedən PUA AzTU, TUSAŞ və MAA-nın birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “AzTU-Turkish Aerospace, MGP 2023.1” yüksək ixtisaslı mühəndis hazırlığı təlim proqramı nəticəsində ərsəyə gəlib. PUA düşmən və dost təyinatı məqsədilə əsgərlərin geyindiyi formaların (beretlər) rənglərinə görə fərqləndirmək funksiyasına malikdir. PUA 50 metr hündürlükdə uçuş vasitəsilə öz missiyasını həyata keçirə bilir. Prosesin ümumi davametmə müddəti 14 dəqiqədir. Uçuş zamanı düşmən koordinatları proqram vasitəsilə avtomatik hesablanır, ümumi əsas məlumatlar təhlil olunaraq Yer İdarəetmə Stansiyasına ötürülür. Uçuş Yer Stansiya İnterfeysində (GUI-də) göstərilən məlumatlara PUA-nın istiqamətinə nəzarət etməklə həyata keçirilir.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

a4

a3

a1

Seçilən
13
1
poliqon.az

2Mənbələr