Rusiya xarici işlər naziri Sergey Lavrovla Macarıstan xarici işlər naziri Peter Siyarto ilə danışıqlardan sonra Moskvanın Budapeştə neft və qaz tədarükünü davam etdirməyə hazır olduğunu açıqlayıb. Macarıstanın Baş naziri Viktor Orban indi bu məsələni ABŞ hakimiyyəti ilə müzakirə edəcək.
“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.
Peter Siyjarto sosial çəbəkə hesabında yazıb: "Ölkənin enerji təchizatının təhlükəsizliyini təmin etmək üçün mümkün olan hər şeyi etməyə davam edəcəyik. Rusiya bunun üçün lazımi əməkdaşlığı təmin etməyə hazırdır və gələn həftə amerikalılarla əlaqəli məsələləri müzakirə edəcəyik".