AZ

Tanınmış jurnalist Rusiyanın dron hücumunda YARALANDI

Almaniyanın Die Welt nəşrinin jurnalisti İbrahim Naber cəbhə xətti yaxınlığında reportaj çəkilişi zamanı dron hücumu nəticəsində yaralanıb.

Paralel.az xəbər verir ki , bu barədə Bild nəşri yazıb.

Məlumata görə, “Lancet” tipli pilotsuz uçuş aparatı Ukrayna HHM bölməsi yaxınlığında hərbi avtomobili vurub. Hücum nəticəsində bir hərbçi həlak olub, daha biri ağır yaralanıb.

Hadisə zamanı jurnalist Naber, onun operatoru Viktor və prodüser İvan da xəsarət alıblar.

Bundan bir neçə gün əvvəl isə Ukraynanın Freedom telekanalının jurnalistləri – müxbir Alyona Qramova (Qubanova) və operator Yevgeni Karmazin Kramatorskda Rusiyanın “Lancet” dronu zərbəsi nəticəsində həlak olmuşdular.

Seçilən
3
2
paralel.az

3Mənbələr