AZ

Kral Abdullah: “Bunu etməsək, biz məhv olacağıq”

İordaniya kralı II Abdullah bildirib ki, HƏMAS-ın Qəzza zolağında siyasi rolundan könüllü şəkildə imtina edəcəyinə şübhə edir. O qeyd edib ki, hərəkatla sıx təmasda olan Qətər və Misir vəziyyətə daha optimist yanaşır.

Kral xəbərdarlıq edib:

“Əgər bu problemi həll etməsək, əgər israillilər və fələstinlilər üçün gələcək tapa bilməsək… biz məhv olarıq.”

KONKRET.az xəbər verir ki, Abdullahın sözləri beynəlxalq ictimaiyyətin bölgəyə xarici qoşunların yeridilməsi riskinə dair narahatlığını əks etdirir. Bir çox dövlətlər humanitar yardım, infrastrukturun bərpası və təhlükəsizlik qüvvələrinin hazırlanması kimi təşəbbüsləri dəstəkləsə də, zor tətbiqi mandatı ilə hərbi kontingent yerləşdirilməsinə ehtiyatla yanaşır.

Ekspertlərin fikrincə, belə addım regionda yeni zorakılıq mərhələsinin başlanmasına gətirib çıxara bilər.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
9
1
konkret.az

2Mənbələr