AZ

BDU da “Mənim atam qəhrəmandır” adlı tədbir keçirilib

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 28 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində “Mənim atam qəhrəmandır” adlı tədbir təşkil olunub.

Bu barədə AZƏRTAC-a BDU-dan bildirilib.

Dekan Rövşən Cavadov çıxışında qeyd edib ki, artıq beş ildir fakültədə I kurs tələbələrinin iştirakı ilə “Mənim atam qəhrəmandır” adlı ənənəvi tədbir keçirilir: “Qarabağ müharibəsi iştirakçıları, şəhid və qazilərin övladları ilə bu cür görüşlər bizə tələbələri daha yaxından tanımağa, onlara mənəvi dəstək olmağa imkan verir”.

Psixologiya ixtisası üzrə I kurs tələbələri Mehriban Məmmədzadə və Xədicə Nəcəfova çıxışlarında ataları – birinci Qarabağ müharibəsi iştirakçısı Qanboy Məmmədov və Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı Ruslan Nəcəfov haqqında danışıblar.

Tədbir zamanı on beş tələbə Qarabağ müharibəsində şəhid və ya qazi olmuş ataları, yaxınları haqqında məlumat verib, onların qəhrəmanlıq yolundan bəhs edib.

Pedaqogika kafedrasının müdiri Ləzifə Qasımova və Fəlsəfə kafedrasının müdiri Kəmalə Pənahova çıxışlarında bildiriblər ki, xalqımız Vətən uğrunda canından keçən igid övladlarının xatirəsini daim uca tutur, onların qəhrəmanlıqlarını dastanlarda, şeirlərdə və nəğmələrdə yaşadır. Onların sözlərinə görə, bu cür tədbirlər gənc nəsildə vətənpərvərlik ruhunun aşılanması, şəhid və qazi övladlarına mənəvi dəstək göstərilməsi baxımından əhəmiyyət daşıyır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
46
azertag.az

1Mənbələr