AZ

Trampdan Yaponiya AÇIQLAMASI: “Çox ədalətlidir”

ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton və Tokio arasında bağlanmış yeni ticarət razılaşması “çox ədalətli”dir.

KONKRET.az xəbər verir ki, bu açıqlama Trampın Yaponiyanın yeni baş naziri — ölkə tarixində bu vəzifəni tutan ilk qadın, Sanae Takaiti ilə görüşü zamanı səsləndirilib. Görüş Tokioda baş tutub və tərəflər birgə ABŞ Hərbi Dəniz Qüvvələrinin bazasını ziyarət etməyi planlaşdırırlar.

Görüş zamanı Tramp və Yaponiya baş naziri həmçinin nadir torpaq elementləri və kritik mineralların tədarükünün təmin edilməsi ilə bağlı saziş imzalayıblar.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
3
1
konkret.az

2Mənbələr