"Rotasiya ümumtəhsil məktəblərində ancaq rəhbərlik orqanları üçün nəzərdə tutulub. Düşünürəm ki, hər beş ildən bir məktəbin direktorunun dəyişməsi ilə bağlı rotasiya yaxşı haldır. Çünki məktəb direktorunun yaxşı idarə etməsi varsa, qoy getsin başqa məktəbdədə bunu tətbiq etsin".
Bu fikirləri Redaktor.az-a təhsil eksperti Məzahir Məmmədli məktəb müəllimlərini rotasiya olunması ilə bağlı verilən təkliflərdən danışarkən bildirdi.
"Təkcə Bakı şəhərində 30-a yaxın məktəb direktoru var ki, 25-30 ildir ki, rotasiya olunmurlar. Bu yeni qərar qəbul olunandan sorna təyin edilən direktorlara aid edilir.
Ucqar dağ kəndində yaşayan müəlliməyə təklif edirsən ki, gəlsin, rotasiya olunsun. Şagird müəllimə uyğunlaşıb, müəllim isə öz yaşadığı əraziyə uyğun yer seçib və s. Məncə, bu, həm ciddi narahatçılıq yaradar, həm də məktəb mühitini korlayar. Eyni zamanda müəllimlər arasında çox böyük və ciddi narazılıq yarada bilər. Bu, həm müəllimlər, həm də ictimaiyyət tərəfindən yaxşı qarşılanmaz", - deyə o vurğuladı.
Aytəkin TOFİQQIZI