"Kəpəz"in baş məşqçisi Azər Bağırov Azərbaycan kubokunun 2-ci təsnifat mərhələsində “Ağstafa Gəncləri”nə qalib gəldikləri oyunla bağlı fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, o, 6:1 hesablı qələbəni belə şərh edib:
"Əsasən çempionatda az şans qazanan oyunçularımızı yoxlamaq istədik. Onlara fiziki vəziyyətlərini düzəltmək, komandaya uyğunlaşmaq şansı yaratdıq. Şükürlər olsun ki, oyunu zədəsiz başa vurduq. Növbəti oyuna hazırlaşırıq. Çempionat matçında daha yaxşı “Kəpəz” görmək istəyirik. Əvəzedici komandadan dəvət etdiyimiz bir neçə futbolçu var idi. Gənc oyunçulardır. İstəyirdik ki, komandaya daha tez uyğunlaşsınlar. Gələcəkdə əsas komandaya dəvət olunanda artıq müəyyən təcrübələri olsun”.