AZ

Milli Observatoriyanın əməkdaşı BDU tələbələrinə ustad dərsi keçib

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 28 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş mərkəzinin təşkilatçılığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Əmək bazarı və sosial müdafiə sahəsi üzrə tədqiqat departamentinin müdir müavini Əli Tağızadə Sosial elmlər və psixologiya fakültəsinin sosial iş ixtisasının III kurs tələbələrinə “Əmək bazarının cari vəziyyəti və perspektivləri” mövzusunda ustad dərsi keçib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, ustad dərsində rəqəmsallaşma, süni intellektin tətbiqi, yaşıl iqtisadiyyat və qlobal miqyasda peşə strukturunun yenilənməsi məsələləri müzakirə edilib.

Əli Tağızadə Dünya İqtisadi Forumunun nəticələrinə əsaslanaraq “Gələcəyin peşələri” anlayışını izah edib. O, yaxın gələcəkdə davamlı inkişaf, kibertəhlükəsizlik, süni intellekt mühəndisliyi, sosial innovasiyalar və insan resurslarının idarə olunması kimi sahələrə tələbatın artacağını vurğulayıb. Qeyd edib ki, texniki biliklərlə yanaşı, əmək bazarında kommunikasiya, komanda işi, emosional zəka və problem həlli kimi yumşaq bacarıqlara da üstünlük verilir.

Tədbirdə ölkəmizdə əmək bazarının mövcud vəziyyəti və tələbat olan sahələr barədə də məlumat verilib. Bildirilib ki, hazırda ölkədə informasiya texnologiyaları, sosial xidmətlər, təhsil və sənaye sahələrində ixtisaslı kadrlara ehtiyac artmaqdadır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
azertag.az

1Mənbələr