AZ

"Qarabağ", "Sabah" və "Araz-Naxçıvan" 1/8-dəki rəqiblərini tanıdılar

Azərbaycan Kubokunda 1/8 final mərhələsinin ilk üç cütü müəyyənləşib. 

Fanat.Az-ın məlumatına görə, bu gün keçirilən oyunlardan sonra "Qarabağ", "Sabah" və "Araz-Naxçıvan" rəqiblərini tanıyıblar.

Mübarizəyə növbəti mərhələdən qoşulacaq sözügedən komandalar Premyer Liqanın digər təmsilçiləri ilə üz-üzə gələcəklər. "Şəki Siti"ni əlavə vaxtda vurulan qollarla üstələyən (əsas vaxtda 1:1, əlavə vaxtda 3:1) "Karvan Yevlax" "Qarabağ"a rəqib olub. 
Kubokun son qalibi "Sabah" isə Premyer Liqanın digər debütantı "İmişli" ilə qarşılaşacaq.
Ötən mövsümün yarımfinalçısı "Araz-Naxçıvan"a gəlincə, Muxtar Respublika təmsilçisinin yolu "Kəpəz"lə kəsişəcək. Bu gün "Ağstafa Gəncləri"ni 6:1 hesabı ilə darmadağın edən gəncəlilər növbəti mərhələyə asanlıqla adlayıblar. 

Qeyd edək ki, 2-ci təsnifat mərhələsinə sabah yekun vurulacaq. 

Mirağa

Seçilən
37
fanat.az

1Mənbələr