AZ

Azərbaycan və Serbiya artilleriyaçılarının birgə taktiki təlimi keçirilib (VİDEO)

Bakı. Trend:

Azərbaycan ilə Serbiya respublikaları Müdafiə nazirlikləriarasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, ikiölkənin artilleriyaçılarının iştirakı ilə birgə taktiki təlimkeçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Serbiyada keçiriləntaktiki təlimdə artilleriya bölmələri tərəfindən özüyeriyənhaubitsalardan və yaylım atəşli reaktiv sistemlərdən döyüş atışlarıicra edilib.

Bildirilib ki, NORA B-52 artilleriya qurğularından atəştəlimində hədəflər sərrast artilleriya atışları ilə məhv edilib,qarşıya qoyulan tapşırıqlar hərbi qulluqçular tərəfindənmüvəffəqiyyətlə yerinə yetirilib.

Qarşılıqlı təcrübə mübadiləsi məqsədilə keçirilən təlimdə əsasdiqqət komandir heyətinin bilik və bacarıqlarının, həmçinin şəxsiheyətin səhra və praktiki vərdişlərinin artırılmasına, döyüşəməliyyatları zamanı bölmələrin fəaliyyətlərinin planlaşdırılmasınayönəldilib.

Məqalədə:
Seçilən
32
31
az.trend.az

10Mənbələr