Bakı. Trend:
Tailandda pərakəndə mağazalar əhalinin geyim tələbatını ödəyəbilmir. Hazırda ölkədə qara rəngli geyimlərin defisitiyaşanmaqdadır.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, qara geyimlərə olan yüksək tələbat hazırkıTailand kralı Maha Vaçiralongkornun anası, Kraliça Sirikitin vəfatıilə əlaqədar elan edilmiş milli matəmdən sonra yaranıb.
Tailand hökuməti bundan əvvəl dövlət qulluqçuları üçün bir illikmatəm elan edib, əhaliyə isə 90 günlük matəmə riayət etmələrinitövsiyə edib.
Qeyd edilir ki, bu qərar qara geyimlərin satışında kəskin artımasəbəb olub və bir çox mağazada artıq məhsullar tükənib.