AZ

“Daşnak”la Mirzoyanın söhbəti: Ermənistanın ərazisi bu qədərdir

BAKI, 28 oktyabr. TELEQRAF

Ermənistan Xarici İşlər Nazirliyi Teleqram kanalında dünən parlamentdə büdcə layihəsinin müzakirələrindən video yayımlayıb.

Teleqraf xəbər verir ki, paylaşımda Ermənistan ərazisinin ölçüsü ilə bağlı məqamlar yer alıb.

Videoda “Daşnaksütyun” (terror təşkilatından) olan deputat Kristine Vardanyan xarici işlər naziri Ararat Mirzoyanın sualına cavab olaraq bildirir ki, Ermənistan beynəlxalq səviyyədə 29,8 min kvadrat kilometr ərazi ilə tanınır.

Video ilə birgə paylaşımda qeyd olunur:

“Kristine Vardanyan: 29,8 min kvadrat kilometr.

Bu, müxalifət deputatının nazir Mirzoyanın (Ermənistan ərazi ilə bağlı) dəqiq rəqəmlə bağlı sualına cavabıdır. Deputatın oxuduğu dərsliklərə görə Ermənistan Respublikasının ərazisi nə qədərdir? Açıq, dəqiq və qəti cavabla “Daşnaksütyun”dan olan deputat Ermənistanın 29,8 kvadrat kilometr həcmində ərazi bütövlüyünü tanıdığını təsdiqləmiş oldu.

Qalanı (Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiası – red.) isə, ehtimal ki, Ermənistan vətəndaşlarını yanıltmaq üçün məqsədli bir illüziyadır”.

Seçilən
29
teleqraf.com

1Mənbələr