AZ

Fransanın birinci xanımını təhqir edənləri 2 il həbs gözləyir

Fransanın birinci xanımı Bricit Makron haqqında saxta xəbərlər yaymaqda təqsirləndirilən şəxslər məhkəmədə bildiriblər ki, onlar öz hərəkətlərini söz azadlığı çərçivəsində satira hesab edirlər.

"Yeni Sabah" figaro-ya istinadla xəbər verir ki, onlar sosial şəbəkədəki paylaşımlarını “Charlie Hebdo jurnalı üslubunda tünd yumor” kimi qiymətləndiriblər.

İttiham olunan şəxslər siyahısına bir neçə IT mütəxəssisi, rieltor, müəllim və sosial işçi də daxil olmaqla, 10 nəfər daxildir. pizza

Dinləmələr iddiaçı Bricit Makronun iştirakı olmadan keçirilib. Müttəhimləri iki ilə qədər həbs gözləyir.


Telegram kanalımız
Seçilən
20
yenisabah.az

1Mənbələr