Aktyor Rоман Попov vəfat edib/
Rusiyalı aktyor Rоман Попov 40 yaşında dünyasını dəyişib. “Baza”nın məlumatına görə, o, reanimasiyada bir saat əvvəl vəfat edib. Aktyor uzun müddət ağır xəstəliklə – beyin xərçəngi ilə mübarizə aparırdı. Bir müddət remissiyaya nail olsa da, xəstəlik təkrarlanıb. Sonradan Popov görmə qabiliyyətini itirib və eşitmə problemləri yaranıb.
Popov “Rublevkadan olan polis” serialındakı rolu ilə tanınırdı.