AZ

Dəm qazı faciəsi davam edir: Hansı tədbirlər görülməlidir?

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Qış fəslinin başlanması ilə insanlar evlərində istilik sistemlərini işə salırlar. Sobadan, kombidən və digər qurğulardan istifadə gündəlik həyatımıza daxil olur, amma çox vaxt diqqətdən yayınan, həyat üçün təhlükəli məsələ tüslü bacaların vəziyyətidir. Düzgün işləməyən bacalar dəmqaz zəhərlənməsi, yanğın və digər faciələrə səbəb olur".Bunu Demokrat.az-a açıqlamasında təhlükəsizlik eksperti Orxan Musayev deyib.O, bildirib ki, ölkəmizdə hər il dəmqazı zəhərlənməsi halları baş verir və çoxu ölümlə nəticələnir:"Hadisələrin böyük əksəriyyəti bacaların vaxtında təmizlənməməsi və texniki nasazlıq səbəbindən yaranır. Sovet dövrü binalarında və fərdi evlərdə illərlə təmizlənməyən bacalar artıq yararsız vəziyyətə düşüb".Ekspert bildirib ki, ev sahibləri bacaları özləri təmizləməyə çalışsa da, bu təhlükəni aradan qaldırmır, əksinə artırır:"Bacaların təmizlənməsi yalnız ixtisaslaşmış xidmətlər tərəfindən icra olunmalıdır. Fərdi evlərdə məsuliyyət ev sahibinə, çoxmənzilli binalarda isə kommunal idarələrə aiddir. Dövlətin vahid qayda və xidmət sistemi bu prosesin düzgün həyata keçirilməsini təmin edə bilər".Onun sözlərinə görə, dəmqazı detektorları həyati əhəmiyyət daşıyır:"Bu cihazlar qaz sızması zamanı siqnal verərək insanları xəbərdar edir və faciələrin qarşısını alır. Bacaların təmizliyi və təhlükəsizliyi sadəcə texniki məsələ deyil, həyat və ölüm məsələsidir. Hər birimiz məsuliyyətli olmalı və təhlükəsizlik tədbirlərinə diqqət yetirməliyik".Qeyd edək ki, Gəncədə tələbə dəm qazından zəhərlənib.Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
1
demokrat.az

2Mənbələr