BAKI, 28 oktyabr. TELEQRAF
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin aparatının və ərazi və yerli bölmələri üzrə xidməti avtomobillərin sayı artırılıb.
Teleqraf xəbər verir ki, bununla bağlı Bazş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Əmlak Məsələləri Dövlət Xidmətinin aparatının minik avtomobillərinin say həddi 24-dən 42-ə qaldırılıb. Ərazi və yerli bölmələr üzrə minik avtomobillərinin say həddi isə 18-dən 36-ya artırılıb.