AZ

"AMEA-nın alimləri və təhsil işçiləri üçün yeni mənzillər veriləcək" - İsa Həbibbəyli

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının alimləri, eləcə də elm və təhsil sahəsində çalışan işçilər üçün Saray qəsəbəsində yeni binaların tikildiyini bildirib.

Yenilik.az xəbər verir ki, İsa Həbibbəyli bu barədə manset.az-a verdiyi geniş video müsahibəsində danışıb. O, hazırda Saray qəsəbəsində alimlərə veriləcək mənzillərin tikintisinin davam etdiyini və bir neçə binanın artıq hazır olduğunu qeyd edib:
“Təxminən 10 il bundan əvvəl cənab Prezidentin Sərəncamı ilə Akademiyanın alimlərinin və elm-təhsil sahəsində çalışan işçilərin mənzil problemini həll etmək məqsədilə Abşeron rayonu, Saray qəsəbəsində böyük torpaq sahəsi ayrılıb. Həmin ərazidə elm və təhsil işçiləri üçün çoxmərtəbəli yaşayış binalarının inşasına başlanılıb. Artıq birinci və ikinci binalarda tikinti işləri başa çatıb. Mənim rəhbərliyim dövründə isə üçüncü binanın inşası başa çatmaq üzrədir. Bu mənzillər ipoteka qaydalarına uyğun şəkildə təqdim ediləcək.”
Həmin video müsahibəni təqdim edirik:

Seçilən
27
17
yenilik.az

10Mənbələr