AZ

İranın İsraillə müharibədə verdiyi itkilər açıqlandı

BAKI, 28 oktyabr. TELEQRAF

İyunda İsraillə 12 günlük müharibə zamanı İranın 18 əyalətində ümumilikdə 1200 nəfər həlak olub.

Teleqraf xəbər verir ki, bu, İranın Məhkəmə Tibb Təşkilatının rəhbəri Abbas Məscidi Araninin açıqlamasından məlum olub.

Qurum rəhbəri müharibə zamanı 18 əyalətdə həlak olan 1200-ə yaxın insanın dəfn edilməsi üçün icazənin verildiyini bildirib.

“12 günlük müharibə zamanı ölənlərin şəxsiyyətinin müəyyən edilməsi ilə bağlı çoxlu problemlər üzə çıxıb, bunlardan biri də onların sayının bilinməməsi olub”, - Arani qeyd edib.

Məhkəmə Tibb Təşkilatının rəhbəri əlavə edib ki, dəfn üçün icazə verilən təxminən 1200 vəfat etmiş şəxsdən 560-ı Tehrandan, qalanları isə digər 17 əyalətdəndir.

O vurğulayıb ki, müharibə zamanı məhkəmə-tibb ekspertizasına göndərilən bütün meyitlər müəyyən edilib və ailələrinə təhvil verilib.

İran hökumətinin sözçüsü Fatimə Mohacerani bundan əvvəl söyləmişdi ki, 12 günlük müharibə zamanı 1062 nəfər həlak olub, onların dörddə üçü hərbçidir.

Seçilən
34
2
teleqraf.com

3Mənbələr