AZ

Lamin Yamalın Real Madrid ə qarşı zəif oynamasının səbəbi bəlli oldu

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Barselona"nın gənc futbolçusu Lamin Yamalın "Real Madrid"ə qarşı oyunda zəif çıxış etməsinin səbəbi müəyyənləşib.

Oxu.Az "El Larguero"ya istinadən xəbər verir ki, tanınmış idman həkimi Pedro Luis Ripol ispan oyunçunun zədədən əziyyət çəkdiyini iddia edib.

Onun sözlərinə görə, futbolçu bir müddət əvvəl qasıq sümüyü ilə bağlı problemlər yaşayıb və optimal formasından uzaqdır:

"Bu cür zədənin müalicəsi çox çətindir. Onun xarakterik xüsusiyyəti ağrıdır, bu, hərəkətliliyi və vuruş gücünü, demək olar ki, 50 faiz azaldır. Biz bunu "El-Klasiko"da gördük. Yamal çətinliklə qapıya zərbə endirirdi, hərəkət etməkdə çətinlik çəkirdi. Bu cür ağrılarla oynamaq mümkündür, lakin bu, ən yaxşı şəkildə özünü göstərməyə mane olur və effektivliyi xeyli azaldır".

Xatırladaq ki, İspaniya La Liqasının son turunda "Real Madrid" öz meydanında "Barselona"nı 2:1 hesabı ilə məğlub edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
oxu.az

1Mənbələr