Metbuat.az xəbər verir ki, bununla bağlı Kollegiyanın sədri, nazir Mikayıl Cabbarov yeni qərar imzalayıb.Qərara əsasən, həmçinin "Layihə konsepsiya sənədinin forması", "Texniki-iqtisadi əsaslandırmanın xülasəsi və icmalının forması" və "İcradan əvvəlki son nəzarət prosedurunun forması" təsdiqlənib. Qərar Prezident İlham Əliyevin 20 dekabr 2024-cü il tarixli "Dövlət investisiya proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında" fərmanının icrasını təmin etmək məqsədilə verilib.
Nazirliyin Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.