Suriyada sərnişin avtobusuna silahlı hücum: 2 ölü, 4 yaralı
Dəməşq–Əs-Süveydə yolunda sərnişin avtobusuna silahlı hücum olub. Yerli mediaya görə, naməlum şəxslər avtobusa atəş açıblar. Nəticədə iki mülki şəxs həlak olub, dörd nəfər isə yaralanıb.
Əs-Süveydə vilayətinin təhlükəsizlik xidməti rəhbəri bildirib ki, bu hadisə bölgədə mülki şəxslərə və təhlükəsizlik patrullarına edilən əvvəlki hücumdan cəmi iki gün sonra baş verib. Onun sözlərinə görə, “bu hücumların məqsədi bölgədə sabitliyi pozmaq və əhalini qorxuya salmaqdır”.