AZ

Aİ Ukraynanı təhlükəsiz peyk rabitəsinə qoşur

Aİ Ukraynanı təhlükəsiz peyk rabitəsinə qoşur

Avropa İttifaqı (Aİ) Ukraynanı təhlükəsiz peyk rabitə sisteminə qoşmağı planlaşdırır.

Aİ komissiyasından verilən açıqlamaya görə, komissiya Ukraynanın Aİ-nin peyk rabitə proqramlarına qoşulması üçün üzv ölkələr arasında danışıqlara başlanmasını tövsiyə edib.

Bu addımla Ukrayna Aİ-nin "GOVSATCOM" adlı təhlükəsiz peyk rabitə sistemi və "Birlik Təhlükəsiz Əlaqə Proqramı"-na daxil ola biləcək.

GOVSATCOM Avropa ölkələri və özəl şirkətlərin peyk sistemlərini birləşdirərək təhlükəsiz rabitə şəbəkəsi yaratmağı hədəfləyir.

Ukrayna apreldə Aİ ilə imzaladığı ilkin razılaşma ilə kosmos proqramının digər bəzi bölmələrinə qoşulma prosesini başlayıb. Yeni razılaşma isə bu əməkdaşlığı daha da genişləndirəcək.

Aİ rəsmiləri bildirirlər ki, bu təşəbbüs həm Avropanın, həm də Ukraynanın təhlükəsiz rabitə imkanlarını artıracaq. Bundan əlavə, bu addım Aİ-nin 2030-cu ilə qədər qitə üzrə təhlükəsiz rabitə şəbəkəsi qurmaq planının bir hissəsi hesab olunur.

Razılaşma tamamlandıqdan sonra Ukraynanın iştirakı Aİ Şurasının rəsmi təsdiqi ilə qüvvəyə minəcək.

Seçilən
25
afn.az

1Mənbələr