“Yuventus” rəhbərliyi komandanın baş məşqçisi İqor Tudorla yollarını ayırıb. Qərar son matçlardakı uğursuz nəticələrdən sonra qəbul edilib.
Fanat.Az xəbər verir ki, Turin təmsilçisinin rəhbərliyi son 8 qarşılaşmada 3 məğlubiyyət və 4 heç-heçə nəticəsini əsas səbəb kimi göstərib.
Komandanın oyunundakı eniş, həmçinin Çempionlar Liqasında göstərilən zəif performans rəhbərliyin səbr kasasını daşırıb.
İtaliya mətbuatı yazır ki, klub artıq yeni baş məşqçi axtarışına başlayıb və əsas namizəd Lusiano Spaletti göstərilir.
Kamil Xudiyev