AZ

Gmail də istifadəçi parollarının geniş miqyasda sızması qeydə alınıb

Oxu.az saytına istinadən ain.az xəbər verir.

183 milyondan çox elektron poçt parolunu əhatə edən məlumatların geniş miqyasda sızması faktı qeydə alınıb. On milyonlarla parol "Gmail" akkauntunun payına düşüb. Kibertəhlükəsizlik üzrə ekspertlər bildiriblər ki, baş verən hadisə bu qəbildən ən irimiqyaslı insidentlərdən biridir.

Oxu.Az xəbər verir ki, bu barədə "New York Post" (NYP) nəşri yazıb.

Sızmış məlumatların ümumi həcmi 3,5 terabayt təşkil edib. İnformasiya bir il ərzində istifadəçilərin virusa yoluxmuş cihazlarından hesab məlumatlarını gizli şəkildə oğurlayan zərərli proqramların fəaliyyəti nəticəsində toplanıb.

Mütəxəssislər bildirirlər ki, məlumatların böyük hissəsi digər sızma hallarında üzə çıxarılıb, lakin milyonlarla "Gmail" parolunun aktuallığı təsdiqlənib. Sızma təkcə "Gmail" istifadəçilərini əhatə etməyib, "Outlook", "Yahoo" və yüzlərlə digər veb-platformaların istifadəçilərinə də təsir edib.

Ekspertlər vurğulayırlar ki, bu hadisə "Google" serverlərinin sındırılmasının nəticəsi deyil, istifadəçi kompüterlərindən məlumatların viruslu proqram təminatı vasitəsilə oğurlanması ilə bağlıdır.

Sızmış parollar bədxahlara login və parol cütlüklərinin üst-üstə düşməsi zamanı qurbanlarının digər xidmətlərinə də giriş əldə etmək imkanı verir.

Mütəxəssislər qoruyucu tədbir kimi parolları dərhal dəyişdirməyi, ikifaktorlu autentifikasiyanı aktivləşdirməyi və parol menecerlərindən istifadə etməyi tövsiyə edirlər. Sızma zamanı hesab məlumatlarının olub-olmadığını yoxlamaq üçün xüsusi onlayn xidmətlərdən istifadə edilə bilər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
101
oxu.az

1Mənbələr