ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Amazon” süni intellektə sərmayəni artırdığı vaxtda 14 min korporativ işçisini ixtisar edib.
Axar.az xəbər verir ki, bu barədə AP məlumat yayıb.
“Şirkətin 350 min korporativ əməkdaşı və ümumilikdə təxminən 1.56 milyon işçisi var. Yeni ixtisarlar korporativ heyətin təxminən 4 faizini təşkil edir. Pandemiya dövründə onlayn satışların artması ilə “Amazon”un korporativ heyəti ikiqat böyümüşdü.
2023-cü ildən bəri şirkət artıq 54 min iş yerini azaldıb və ixtisarların davam edə biləcəyi bildirilir”, - məlumatda qeyd olunub.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.