AZ

Hakimlər və futbolçular mərc oyunlarında? - Araşdırma başladı

Türkiyə futbolunda böyük qalmaqal gündəmdədir. Hakimlərin mərc oyunlarında iştirak etməsi ilə bağlı iddialar ölkə futbolunda ciddi səs-küy yaradıb.

Fanat.Az xəbər verir ki, bu səbəbdən son 5 il ərzində Super Liqada fəaliyyət göstərən bütün hakimlərin qohumları və yaxın çevrəsi ilə bağlı araşdırma başladılıb.

Ən diqqətçəkən məqam isə bu prosesin təkcə hakimlərlə məhdudlaşmamasıdır. Məlumata görə, fəal 3000 futbolçu da bu istintaqa daxil edilib. Araşdırmalar, futbolçuların və ya yaxınlarının mərc platformalarında iştirak edib-etmədiyini müəyyənləşdirməyə yönəlib.

Bu sensasion məlumatı tanınmış jurnalist Candaş Tolqa Işık yayıb. Onun sözlərinə görə, araşdırma Türkiyə Futbol Federasiyasının və hüquq-mühafizə orqanlarının birgə nəzarəti altında aparılır.

Kamil Xudiyev

Seçilən
3
fanat.az

1Mənbələr