AZ

Prezident: “Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək pillədə qərarlaşması böyük fəxr hissi doğurur”

“Xalqlarımızın sarsılmaz iradəsindən qaynaqlanan və “Bir millət, iki dövlət” prinsipinə əsaslanan Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək pillədə qərarlaşması böyük fəxr hissi doğurur”.

Paralel.az xəbər verir ki , bu barədə dövlətimizin başçısının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubunda deyilir.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı TƏBRİK ETDİ


“Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə yüksəlmiş dövlətlərarası əlaqələrimizin gündən-günə daha da dərinləşməsi və yeni məzmun kəsb etməsi qəti siyasi iradəmizin və ardıcıl birgə səylərimizin parlaq ifadəsidir.

Bu gün dünyada bənzəri olmayan Azərbaycan-Türkiyə qardaşlığı, birliyi və müttəfiqliyi eyni zamanda regionda sülhə, təhlükəsizliyə, rifaha və əməkdaşlığa xidmət edən mühüm amildir”, - təbrikdə qeyd edilib.

Seçilən
27
5
paralel.az

6Mənbələr