AZ

“İctimai Şura ilə Agentlik arasında konstruktiv dialoq quruldu” - Elşad Məmmədov/ FOTOLAR

İctimai Şura ilə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi arasında görüş keçirilib.

İqtisad elmləri doktoru, professor Elşad Məmmədov QHT.az-a açıqlamasında bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin rəhbərliyinin dəvəti ilə Nazirlik yanında İctimai Şura üzvləri ilə Agentlik rəhbərliyi arasında görüş keçirilib. Professorun sözlərinə görə, tədbir son dərəcə məzmunlu və konstruktiv mühitdə baş tutub, geniş fikir mübadiləsi və diskussiyalar aparılıb:

“Tədbir zamanı çoxsaylı konstruktiv ideyalar səsləndirildi. Müəyyən məsələlərin gələcəkdə daha geniş və dərin formatda müzakirəsi də nəzərdə tutulur. Agentliyin fəaliyyət istiqamətləri və spesifikası nəzərə alınmaqla digər qurumlarla əlaqələndirmə məsələləri də diqqət mərkəzində idi. Nazirlik tabeliyində və onun xaricində fəaliyyət göstərən qurumlar arasında koordinasiyanın təkmilləşdirilməsi vacib məsələlərdən biridir. İctimai Şurada təmsil olunan nümayəndələrin səsləndirdiyi fikirlər və irəli sürdüyü təkliflər bu əlaqələndirmənin güclənməsinə töhfə verə bilər. Eyni zamanda, Agentliyin fəaliyyətində səsləndirilən fikirlər və təkliflərin tətbiqi əhəmiyyətli nəticələr verə bilər.”

Professor bildirib ki, bu cür görüşlər həm Agentlik, həm də İctimai Şura üçün səmərəli əməkdaşlıq platforması yaradır:

“Düşünürəm ki, bu tip dialoqların davamlı şəkildə keçirilməsi vacibdir. Bu, kommunikasiya və qarşılıqlı anlayışın daha da inkişafına xidmət edəcək.”

 

Pərvanə Fərhadqızı

Seçilən
12
1
qht.az

2Mənbələr