AZ

Peter Siyarto: Rusiya ABŞ sammiti mütləq Budapeştdə keçiriləcək

Oxu.az saytına istinadən ain.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampın görüşü mütləq Budapeştdə keçiriləcək.

Oxu.Az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto özünün "Facebook" sosial şəbəkəsindəki hesabında bəyan edib.

"Əgər sülh sammiti olacaqsa, heç şübhəsiz, o, mütləq Budapeştdə keçiriləcək", - deyə nazir vurğulayıb.

Daha əvvəl Siyarto əmin olduğunu bildirib ki, regionda sülhün bərqərar olması yalnız ABŞ və Rusiya arasında razılaşma əldə ediləcəyi təqdirdə mümkün olacaq və bunun üçün tərəflər danışıqlar aparmalıdırlar.

ABŞ lideri oktyabrın 23-də bəyan etmişdi ki, Putinlə görüşünü ləğv edib. Belə ki, onun fikrincə, bu danışıqlarda "lazım olanı nəticəni əldə etmək mümkün olmayacaq". Rusiya lideri isə elə həmin gün bildirmişdi ki, Budapeşt sammitini ilkin hazırlıq olmadan keçirmək yanlışlıq olardı, lakin Trampın bəyanatında söhbət Rusiya-ABŞ liderlərinin görüşünün ləğvindən deyil, daha çox təxirə salınmasından gedir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
oxu.az

1Mənbələr