Bakı. Trend:
Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 28-də AzərbaycanRespublikası Konstitusiyasının 30 illiyinə həsr olunmuş BeynəlxalqParlament Konfransında iştirak etmək məqsədilə ölkəmizdə səfərdəolan Rumıniya Parlamenti Senatının sədri Mirça Abrudean iləgörüşüb.
Parlamentdən Trend-ə verilənməlumata görə, qonağı səmimiyyətlə salamlayan spiker SahibəQafarova qeyd edib ki, onun ölkəmizə son altı ayda ikinci dəfəsəfəri Azərbaycan və Rumıniya əlaqələrinin dinamik inkişafınınbariz göstəricisidir. Milli Məclisin sədri Prezident İlham Əliyevinsərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elanolunması çərçivəsində keçirilən Beynəlxalq Parlament Konfransınınəhəmiyyətini vurğulayıb. O bildirib ki, bu konfrans il ərzindəparlament tərəfindən həyata keçirilən tədbirlərin davamıdır və dostölkələrin parlamentarilərini bir araya gətirir. Spiker konfransdaiştirakına görə Mirça Abrudeana təşəkkür edib.
Görüşdə Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlıqmünasibətlərinin uğurla inkişaf etdiyi vurğulanıb. Qeyd olunub ki,yüksək səviyyəli səfərlər və görüşlər ikitərəfli əlaqələrinmöhkəmlənməsində mühüm rol oynayır, imzalanmış çoxsaylı sənədlərisə bu əməkdaşlığın möhkəm hüquqi bazasını təşkil edir. Bildirilibki, enerji sahəsində əməkdaşlıq çərçivəsində Azərbaycan qazınınRumıniyaya ixracı bu ölkənin enerji təhlükəsizliyinə mühüm töhfəverir. Həmçinin təhsil, elm və mədəniyyət sahələrində, eləcə dəregionlararası əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeydolunub.
Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişafı məmnunluqlavurğulanıb. Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki,dövlətlərimiz arasında olan münasibətlər qanunverici orqanlararasında da əməkdaşlığın daha da inkişafı üçün yaxşı imkanlaryaradır. Qeyd olunub ki, parlament dostluq qruplarının fəaliyyəti,parlament rəhbərlərinin və deputatların qarşılıqlı səfərləri buəlaqələrin möhkəmlənməsinə xidmət edir.
Sahibə Qafarova görüş zamanı Azərbaycan və Ermənistan arasındasülh gündəliyinə də toxunub. O, Vaşinqtonda sülh sazişininparaflanmasının əhəmiyyətini qeyd edib, sülh və sabitliyin regionüçün xüsusi önəm daşıdığını vurğulayıb, həmçinin etimad quruculuğuprosesinin vacibliyinə toxunub və bu çərçivədə Ermənistanparlamentinin sədri ilə keçirdiyi görüş barədə məlumat verib.
Rumıniya Parlamenti Senatının sədri Mirça Abrudean səmimi qəbulagörə təşəkkür edib və Azərbaycan Respublikası Konstitusiyasının 30illiyi ilə bağlı təbriklərini çatdırıb. O, Azərbaycan və Rumıniyaarasında strateji tərəfdaşlıq münasibətlərinin əhəmiyyətini qeydedərək bildirib ki, enerji, nəqliyyat, iqtisadi və digər sahələrdəəməkdaşlığın inkişafı üçün geniş imkanlar mövcuddur. Qonaq,həmçinin Azərbaycanla Ermənistan arasında normallaşma prosesindəəldə olunan nailiyyətlər münasibətilə təbriklərini ifadə edib və buprosesin regionda dayanıqlı sülhün bərqərar olmasına xidmətedəcəyinə inandığını bildirib.
Görüşdə parlamentlərarası əlaqələrin müxtəlif komitələrçərçivəsində inkişaf etdirilməsi yolları müzakirə olunub,beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlığındərinləşdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlərətrafında fikir mübadiləsi aparılıb.