AZ

Maştağa Olimpiya İdman Kompleksi niyə bağlıdır?

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

2001-ci ilin dekabrın 29-dan fəaliyyətə başlayan Maştağa Olimpiya İdman Kompleksi artıq uzun müddətdir xidmətdən kənardır.

Sakinlərin Baku TV-yə açıqlamalarına görə, kompleksdə 5 ildən çoxdur təmir işləri başlansa da, proses yarımçıq qalıb.

Qəsəbə sakini Cəlal Axundov deyib ki, əvvəllər sözügedən kompleksdə idman yarışları keçirilib.

"Əvvəllər başqa yerlərdən də insanlar buraya gəlirdilər. İndi uşaqlar idman fəaliyyətləri ilə məşğul olmaq üçün başqa kəndlərə üz tuturlar. 32 kənddən ən böyüyü Maştağadır, ən böyük kompleks də buradadır. Biz niyə başqa yerə getməliyik?" - deyə o əlavə edib.

Əfqan Quliyev isə bildirib ki, bir məşqçi kimi bu vəziyyət ona pis təsir edir.

"2003-cü ildən 2008-2009-cu ilə qədər tələbə kimi idmanın kikboksinq növü ilə məşğul olmuşam. Hazırkı vəziyyətə görə tələbələr məşq edə bilmirlər", - deyə Ə.Quliyev söyləyib.

Gənclər və İdman Nazirliyi sorğuya cavab olaraq bildirib ki, 2001-ci ildən istifadəyə verilən kompleks təxminən 22 ildən sonra nazirliyin balansına verilib.

"Düşünürük ki, növbəti ilin sonunadək kompleksin əsas binasının təmir işləri başa çatdırılaraq Maştağa qəsəbəsinin sakinlərinin istifadəsinə veriləcək".

Daha ətraflı süjetdə:

Maştağa Olimpiya İdman Kompleksi niyə bağlıdır?

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
55
oxu.az

1Mənbələr