AZ

Bitkiçilik sahəsində bilik və bacarıqların artırılması məqsədilə maarifləndirici görüş keçirilib

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 28 oktyabr, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin əməkdaşları kənd təsərrüfatı sahəsində dayanaqlılığın təmin olunması, həmçinin bitki sağlamlığının qorunması sahəsində bilik və bacarıqların artırılması məqsədilə maarifləndirici görüş keçirib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı iştirakçılara bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin normativ tələblərə uyğun tətbiqi, saxlanma, daşınma və istifadə qaydaları, həmçinin insan sağlamlığına və ətraf mühitə təsirləri barədə ətraflı məlumat verilib.

Sonra müvafiq sahədə fəaliyyət göstərən sahibkarların mövzu ilə bağlı sualları cavablandırılıb, sahələrdə pestisidlərin və gübrələrin istifadəsində yol verilən ümumi nöqsanlar və onların qarşısının alınması üsulları müzakirə olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
51
azertag.az

1Mənbələr