Sea Breeze
Qarabağ Regional Turizm İdarəsinin təşkilatçılığı ilə Xankəndi Konqres Mərkəzində “Turizm sənayesində dövlət-özəl əməkdaşlığı və şəbəkələşmə” mövzusunda tədbir keçirilib. Tədbirin məqsədi dövlət qurumları ilə turizm sektorunda fəaliyyət göstərən sahibkarlar arasında əməkdaşlığın gücləndirilməsi və regionun turizm potensialının artırılması istiqamətində fikir mübadiləsi aparmaq olub. Tədbirdə Dövlət Turizm Agentliyinin, Qarabağ Universitetinin nümayəndələri, sahibkarlar və müxtəlif dövlət qurumlarının təmsilçiləri iştirak ediblər.Tədbirdə Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (ADRA) Bərdə Regional Reklam İdarəsinin rəisi Rövşən Rəhimov çıxış edərək açıq məkanda reklamların turizmin inkişafındakı rolundan danışıb. O bildirib ki, reklam yalnız bir məlumat daşıyıcısı deyil, həm də şəhərin vizual vizit kartıdır. Qeyd olunub ki, açıq məkanda yerləşdirilən reklamların, xüsusilə hotellərin ulduz dərəcəsini, adını və xidmət səviyyəsini əks etdirən lövhə və göstəricilərin qanunvericiliyə və estetik tələblərə uyğun şəkildə tərtib olunması vacibdir. Bu məqsədlə ADRA turizm obyektləri ilə sıx əməkdaşlıq edir, reklam fəaliyyətinin düzgün tənzimlənməsinə və regionun vizual mühitinin müasir tələblərə uyğun qurulmasına dəstək verir.Tədbir panel müzakirələrlə davam etdirilib. Sonda bir neçə turizm müəssisəsi qonaqpərvərlik sahəsindəki fəaliyyətinə görə təşəkkürnamə ilə təltif olunub.
Medinex
ETX
Medinex
ETX
Medinex
ETX