AZ

Azərbaycan Kuboku: Altı 1/8 finalçı bilindi

Azərbaycan Kubokunun II təsnifat mərhələsi start götürüb.

Fanat.Az xəbər verir ki, Bizon Azərbaycan Kubokunun ilk günündə 6 matç baş tutub. 

Beş görüş eyni vaxtda - saat 14:00-da start başlayıb. Amma 1/8 finalçıların adları heç də eyni vaxtda bəlli olmayıb.

"İmişli" 2-ci Liqa təmsilçisi "Qaradağ Lökbatan"ı çətiunliklə yenə bilib. Hesabda iki dəfə geri düşən Premyer Liqa komandasını məğlubiyyətdən sonradan meydana çıxan legioneri Luis Silvester xilas edib. 

"Ağstafa Gəncləri"ni darmadağın edərək adını növbəti mərhələyə yazdıran "Kəpəz"lə yanaşı, "Baku Sportinq" və "Şəfa" da rəqibləri qarşısında çətinlik çəkməyiblər. 

Əvəzində, "Karvan-Yevlax" "Şəki Siti"nin güclü müqaviməti ilə qarşılaşıb və matçın əsas vaxtı 1:1 bərabərə bitib. Premyer Liqa təmsilçisi rəqibini əlavə vaxtda vurduğu qollarla yenə bilib. 

Günə "Dinamo" – "Turan Tovuz" matçı ilə yekun vurulub. Premyer Liqanın hazırki lideri olan qərb təmsilçisi zəif rəqibinə rəhm etməyib. 

Qeyd edək ki, mərhələnin dörd oyunu “CBC Sport” telekanalı vasitəsilə, digər qarşılaşmalar isə Peşəkar Futbol Liqasının “AzPFL” yutub kanalında canlı yayımlanacaq.

Bizon Azərbaycan Kuboku
II təsnifat mərhələsi
28 oktyabr

"Göygöl" – "Baku Sportinq" 0:2 
Qollar: 
İlham Allahverdiyev, 40; 60.
Hakimlər: Namiq Bəkirov, Şirmamed Mamedov, Nurlan Əhmədzadə, Səbuhi Bayramov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Buzovna qəsəbə stadionu
“Göygöl”: 1. Nicat Əmirxanov, 9. Ziyabil Məmmədov, 14. Ülvi Cəlilov (k), 5. Taleh Hüseynzadə, 10. Elcan Rəhimov, 17. Ruslan Süleymanov, 8. Kamal Həsən-pur, 4. Sərcan Omarov, 2. Surac Nəcəfov, 6. Seymur Fərəci, 22. Sənan Kərimov.
Ehtiyat oyunçular: 12. Tofiq Mehdiyev, 7. Nail Təhməzli, 20. İsmayıl Məmmədov, 18. Araz Quliyev, 19. Ruslan Məmmədov, 3. Raul Əlizadə.
Məşqçi: Bilal Mehdiyev.
“Baku Sportinq”: 1. Cəfər Əlizadə, 11. İlham Allahverdiyev (k), 44. Samir İbrahimov, 10. Elşən Abdullayev, 20. Əli Mürsəlov, 2. Xəyyam Hüseynov, 6. Hüseyn Babayev, 71. Cavanşir Şahbazlı, 79. Mirmövsüm Caniyev, 14. Ömər Məmmədzadə, 19. Xəyyam Məmmədli.
Ehtiyat oyunçular: 36. Elməddin Sultanov, 9. Röyal Nəcəfov, 5. Kamil Hüseynov, 33. Luka Stevanoviç, 7. Ceyhun Muxtarlı, 8. Tolqar Yaqubov, 22. Fərid Mahmudov, 21. Pablo Enrike Alveş, 17. Xəlil Bəşirov, 77. Elvin Valiiev, 18. Elgün Ələkbərli.
Baş məşqçi: Kərim Diniyev.

"Karvan-Yevlax" – "Şəki Siti" 3:1 
Qollar: Said İranxan, 16. Tompson Qavi, 105+1. Coy Sleyd Mikels, 118 - Nurlan Novruzov, 90+2.
Hakimlər: Emin Əliyev, Gülnurə Əkbərzadə, Səbuhi Əmrahov, Nazim Abdullayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Şamaxı şəhər stadionu
“Karvan-Yevlax”: 99. Pedro Mateuş, 42. İbrahim Qədirzadə, 13. Vüsal Məsimov (k), 22. Qabil Əlizadə, 14. Uğur Cahangirov, 77. Əli Abdullayev, 12. Vitor Roşa, 3. Said İranxan, 8. Peter Kinqs, 10. Samuel Durrant, 4. Olavale Doyeni.
Ehtiyat oyunçular: 25. Əmrah Bulud, 5. Nika Çaçaşvili, 20. Coy Sleyd Mikels, 11. Kayl Spens, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 21. İmani Barker.
Baş məşqçi: Azər Həşimov.
“Şəki Siti”: 1. Qurban Məhərrəmov, 9. Nurlan Novruzov (k), 8. Kamal Mirzəyev, 44. Təmraz Əmircanov, 6. Elvin Dəmirov, 27. Gülalı Mehrəliyev, 77. Tahir Zeynalov, 2. Said Əliyev, 20. Nihat Fərəci, 55. Rəşad Həsənov, 4. Saleh Süleymanov.
Ehtiyat oyunçular: 22. Həsən Həsənli, 33. Ayxan Qocayev, 10. Cavid İmamverdiyev, 19. Rəsul İbrahimov, 99. Nazim Bağırov, 13. Elşad Əliyev, 7. Rauf Məhərrəmov, 92. Valeh Qəhrəmanlı, 3. Raul Musayev, 17. Ümid Nağdalıyev.
Baş məşqçi: Elvin Həsənov.

"Qaradağ Lökbatan" – "İmişli" 2:3
Qol: 
Sabir Allahquliyev, 28-pen; 69 - Elmir Rəhimzadə, 65. Luis Silvestr, 81-pen; 90+5. 
Hakimlər: Kamranbəy Rəhimov, Teymur Teymurov, Vüqar Bayramov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Quba Olimpiya İdman Kompleksinin stadionu
“Qaradağ Lökbatan”: 90. Əli Kərimov 27. Sabir Allahquliyev 6. İsa Zeynallı 7. Elmin Əskərli 14. Fərid Abbaslı (k) 4. Vüsal Hüseynov 8. Ramil Orucov 11. Rəhman Quliyev 17. Tofiq Nəsibov 10. Emil Quluzadə 77. Hakan Həsənov
Ehtiyat oyunçular: 1. Rafiq Kərimov 3. Nicat Əskərov 9. Rövşən Şahmuradov 44. Qurban Hüseynov 15. Vüsal Alızadə 5. Nihad Əmrahzadə 21. Ayxan Məcidov 33. İlham Hüseynov 19. Mehdi Həşumov 88. Ceyhun Ağazadə
Baş məşqçi: Qəzənfər Abbasov
“İmişli”: 1. Hüseynəli Quliyev 22. İbrahim Əliyev 97. Xəzər Mahmudov 5. İdris İnqilablı (k) 44. Həzrət İsayev 3. Tuncay Yusifli 94. Rafael Vieqaş 10. Nikola Karaklaiç 6. Yau Mozes 23. Dioqo Rollo 17. Ezekiel Morqan
Ehtiyat oyunçular: 33. Andrey Sinenka 99. İmam Əli 19. Azər Salahlı 77. Elmir Rəhimzadə 21. Abbas Ağazadə 27. Lətif Rzayev 30. Xəlil Mürsəlli 29. Edvin Banquera 14. Ronaldo de Souza 9. Dioqo Almeyda 7. Luis Silvestr.
Baş məşqçi: Jorje Kaşkilya.

"Cəbrayıl" – "Şəfa" 0:3 
Qol: 
Amir Ebrahimzade, 25; 44. Amil Yunanov, 84.
Hakimlər: Əkbər Əhmədov, Zöhrab Abbasov, Samir Qaracayev, Nəriman Ağayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu
“Cəbrayıl”: 94. Matis Morvil, 12. Andzuno Eli, 21. İsa İsayev, 7. Balamirzə Soltanov, 8. Sadiq Hüseynli, 4. Asif Məmmədov (k), 77. Əşrəf Zeynallı, 2. Firəddin Abdullayev, 19. Arsene Dauda, 9. Dileyn Açimi, 32. Elgün Dünyamalıyev.
Ehtiyat oyunçular: 35. Fərman Bayramov, 75. Emil Həbibov, 10. Tapdıq Əhmədov, 88. Əsədulla Heydərov, 22. Əli Nəcəfli, 11. Noh Lobe, 5. Fərid Səfərli, 62. Zaman Zamanlı, 28. Rüstəm Əlizadə, 55. Lətif Haşımov, 49. Valeh Məmmədov, 3. Həsən Həsənov.
Məşqçi: Tariq Qasımov.
“Şəfa”: 95. Rəvan Kazımov, 88. Aqşin Paşayev (k), 8. Urfan İsmayılov, 14. Vüqar Həsənov, 80. Zahid Mərdanov, 27. Pərviz Azadov, 18. Elvin İsmayılov, 11. Aqil Nəsibov, 22. Hüseyn Mürsəlov, 29. Ramin Nəsirli, 99. Amir Ebrahimzade.
Ehtiyat oyunçular: 13. Əli Həsənli, 21. Novruz Məmmədov, 33. Tərlan Quliyev, 9. Amil Yunanov, 42. Elnur Cəfərov, 70. Ruslan Hacıyev, 6. Xəyal Tomarov, 2. Seymur Rəhimov, 17. İsmayıl Zülfüqarlı, 77. Ədilxan Qarəhmədov, 83. Nihad Quliyev, 23. Nahid Əliyev.
Baş məşqçi: Elgiz Kərəmli.

"Kəpəz" – "Ağstafa Gəncləri" 6:1 
Qol:
Şahmar Aşurov, 17. Rauf Hüseynli, 35. Sadiq Şəfiyev, 41. Elcan Əbilov, 44. Şahnur İsmayılov, 63-pen. Kresus Donqo, 85 - Eltac Hüseynov, 69.
Hakimlər: Rövşən Rəcəbov, Cəmil Quliyev, Sənan Atayev, Nahid Xasıyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Qəbələ şəhər stadionu
“Kəpəz”: 81. Elgün Bayramov, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov (k), 5. Rauf Hüseynli, 17. Ümid Səmədov, 15. Raul Məmmədov, 53. Şahmar Aşurov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 21. Sadiq Şəfiyev, 6. Pedro Qomeş.
Ehtiyat oyunçular: 1. Kaçper Rosa, 66. Arzu Atakişiyev, 72. Nizami Səmədov, 80. Şahnur İsmayılov, 83. Raul İsaqov, 9. Luis Paçu, 10. Ryonosuke Ohori, 55. Kresus Donqo.
Baş məşqçi: Azər Bağırov.
“Ağstafa Gəncləri”: 16. Ülvi Quliyev, 8. Elgün Namazov (k), 3. Cəlal Cəlalzadə, 2. İlkin Allahverdiyev, 9. Eltac Hüseynov, 17. Elgün Salıfov, 25. Mübariz Kərimov, 20. Vüsal Aslanov, 6. Turan Məmmədov, 7. Hüseyn Alıyev, 22. Nicat İsmayılov.
Ehtiyat oyunçular: 23. Uğur Məmmədhüseynov, 21. Elgün Qəhrəmanov, 10. Rüstəm Abdullayev, 13. Nihat Bayramlı, 14. Roma Dukaşvili. 
Baş məşqçi: Elşən Abadov.

"Dinamo" – "Turan Tovuz" 0:5
Qollar: İbrahima Vadji, 18; 51. Şəhriyar Əliyev,  24. Ayxan Hüseynov,  41. Murad Dadaşev, 90.

Hakimlər: Əli Əliyev, Rahil Ramazanov, Safalı Ağayev, Niyaz Əhmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
"Azərsun Arena"
“Dinamo”: 1. İbrahim Bağırov, 14. Xəyal Qocayev, 20. Valeh Seyidov (k), 10. Əlibala Ağayev, 99. Yadigar Qarayev, 18. Aydın İsxanzadə, 8. İsmayıl İsmayılov, 19. Məmməd Məmmədov, 11. Fizuli Dəmirov, 44. Əli Məmmədli, 4. Məhəmməd Cəfərzadə.
Ehtiyat oyunçular: 12. Elmin Qaçaylı, 42. Ruslan Hüseynov, 3. Rəhim Mustafayev, 16. Bəxtiyar Əliyev, 33. İkram Həmidli, 22. Amil Nurəhmədov, 2. Nihad Mahmudzadə, 6. Orxan Novruzov, 15. Kənan Abdullazadə, 88. Nicat Nəsirli, 27. Rəsul Məmmədli.
Məşqçi: İsmayıl Vəkiliqazicahani.
“Turan Tovuz”: 41. Sergey Samok, 4. Şəhriyar Əliyev (k), 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov, 39. Tural Bayramlı, 88. Faiq Hacıyev, 11. Ayxan Hüseynov, 6. Fərid Yusifli, 2. Abdulla Rzayev, 77. Veysəl Rzayev, 99. Vadji İbrahima.
Ehtiyat oyunçular: 13. Mehman Hacıyev, 97. Elçin Qasımov, 14. Murad Dadaşev, 20. İbrahim Ramazanov, 30. Mircamal Əlizadə, 42. İsmayıl İsmayılov, 60. Vüqar Bağırov.
Baş məşqçi: Kurban Berdiyev.

Seçilən
35
21
fanat.az

10Mənbələr