Qazaxıstan parlamenti Məclisinin (aşağı palatası) işçi qrupu qanuna LGBT təbliğatını (Rusiyada LGBT hərəkatı ekstremist kimi tanınır və məhkəmələr tərəfindən qadağan edilir) və pedofiliyanı qadağan edən düzəlişi dəstəkləyib. Bu barədə zakon.kz xəbər portalı məlumat yayıb.
Busaat.az xəbər verir ki, Palatanın üzvü Natalya Dementyevanın sözlərinə görə, düzəliş sosial şəbəkələrdə, filmlərdə və reklamlarda təbliğatı qadağan edir.
“Bununla bağlı qadağa olmalıdır. Uşaqlarımız bunu sosial şəbəkələrdə bu qədər açıq görməməlidir”, – deyə o, bildirib.
Deputat qeyd edib ki, dəyişikliyə əsasən, qeyri-ənənəvi münasibətləri əks etdirən filmlər tənzimlənməlidir, lakin onun fikrincə, onlara qadağa qoyulmalıdır. Deputatın sözlərinə görə, qanun uşaqların mənəvi-psixoloji rifahının qorunmasına yönəlib.
Yeganə