BAKI, 28 oktyabr. TELEQRAF
Rusiya kosmonavtları Sergey Rıjikov və Aleksey Zubritski Beynəlxalq Kosmik Stansiyada (BKS) açıq kosmosa çıxıblar.
Teleqraf xəbər verir ki, bu barədə məlumat “Roskosmos” Dövlət Korporasiyasının saytında yayılıb.
Kosmonavtlar altı saatdan çox davam edəcək əməliyyat zamanı stansiyanın “Nauka” adlı elmi modulunda yeni tədqiqat avadanlıqları quraşdıracaqlar. Bu cihazlar peyklərin Yer atmosferinə – yəni ionosferə – təsirini öyrənməyə kömək edəcək.
Rıjikov və Zubritski həmçinin modulun pəncərələrini təmizləyəcək və bəzi elmi eksperimentlər üçün cihazları dəyişdirəcəklər.