"Turan Tovuz" Azərbaycan Kubokunda 1/8 finala yüksəlib.
Offsideplus.az xəbər verir ki, Tovuz təmsilçisi "Azərsun Arena"da keçirilən matçda "Dinamo Bakı" ilə qarşılaşıb.
Kurban Berdlyevin yetirmələri aşağı liqa klubunun qapısına cavabsız 5 top vurub.
Qolların ikisinə İbrahima Vadji imza atıb. Digərlərini isə Şəhriyar Əliyev, Ayxan Hüseynov və Murad Dadaşev rəqib qapısında keçirib.
"Turan Tovuz" növbəti mərhələdə "Şimal" - Şahdağ Qusar" cütünün qalibi ilə üz-üzə gələcək.