Azərbaycan Kubokunun II təsnifat mərhələsində "Dinamo"nu 5:0 hesabı ilə məğlub edən "Turan Tovuz" adını növbəti mərhələyə yazdırıb.
Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdiyev fikirlərini bölüşüb:
"Biz sevinirik ki, növbəti mərhələyə yüksəlmişik. Bu oyunda gənclərə oynamağa imkan verdik. Dubl edən İbrahima Vadjiyə gəlincə, o, məşqdə də yaxşı özünü göstərib, oyunda da yaxşı performans sərgilədi".