Azərbaycan Kubokunun II təsnifat mərhələsində "Dinamo" 0:5 hesabı ilə "Turan Tovuz"a məğlub olub. 

Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Bakı təmsilçisinin baş məşqçisi İsmayıl Vəkiliqazicahani fikirlərini bölüşüb: 

"Dinamo" olaraq bizə hər şey açıq-aşkar idi. Komandada 2004-2005 təvəllüdlü oyunçular vardı. Azərbaycan liqalarında yeganə komandayıq ki, bu gənc uşaqlara dəyər veririk. Akademiyada 300 nəfərə yaxın oyunçumuz var. Maliyyə yaxşılarsa, "Dinamo" ilə bağlı daha çox tərif eşidəcəksiniz".