AZ

İsa Qəmbər İmamoğlu işi ilə bağlı iddialara cavab verdi: “Bunlar uydurmadır, həmin şirkətin adını ilk dəfə eşidirəm”

Musavat.com xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlu və onun yaxın çevrəsi ilə bağlı aparılan “casusluq işi” çərçivəsində istintaq sənədlərində Azərbaycanın da adının hallanmasına Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər münasibət bildirib.

Xatırladaq ki, Türkiyə mediasında yayılan məlumatlarda istintaq materiallarına istinadən bildirilmişdi ki, ABŞ-da yaradılmış “Freedom LLC” adlı şirkət vasitəsilə guya “Azərbaycanın demokratikləşməsi adı altında” bəzi şəxslərə, o cümlədən həmin dövrdə Müsavat Partiyasının rəhbəri olmuş İsa Qəmbərə maliyyə dəstəyi göstərilib.

İsa Qəmbər bu iddialara Musavat.com vasitəsilə aydınlıq gətirərək bildirib ki, deyilənlər tamamilə əsassızdır:

“Mənim haqda yazılanlar həqiqət deyil. Belə bir şirkətin adını ilk dəfə eşidirəm və həmin şirkət vasitəsilə guya mənə ‘maliyyə dəstəyi göstərilməsi’ uydurmadır.”

Qəmbər əlavə edib ki, bu cür informasiyalar məqsədli şəkildə yayılır və reallıqla heç bir əlaqəsi yoxdur.

“Bu, kimlərinsə siyasi məqsədlər üçün ortaya atdığı dezinformasiyadır. Mənim fəaliyyətim və mövqeyim hər zaman şəffaf olub. Nə mən, nə də rəhbərlik etdiyim partiya xaricdən hansısa maliyyə yardımına ehtiyac duymayıb.”

Qeyd edək ki, İmamoğlu və onun ətrafına qarşı açılan “casusluq işi” çərçivəsində istintaq materiallarında Azərbaycanın adının hallanması həm Türkiyə, həm də yerli mediada geniş rezonans doğurub.

İsa Qəmbərin açıqlaması isə bu mövzuya dair yayılan versiyalara nöqtə qoymaq məqsədi daşıyır.

Musavat.com

Seçilən
43
musavat.com

1Mənbələr