AZ

Rus ordusu öz helikopterini vurdu: Nə baş verir?

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

Rusiya hava hücumundan müdafiə qüvvələri Ukrayna dronlarının hücumuna cavab verərkən səhvən özlərinə məxsus “Ka-52” döyüş helikopterini vurublar.

Globalinfo.az xəbər verir ki, hadisə barədə məlumatı “Fighterbomber” və “Aviahub” adlı hərbi Teleqram kanalları yayıb.

“The Insider”in hesablamalarına görə, bu, müharibə başlayandan bəri rus ordusunun öz helikopterini vurduğu sayca beşinci hadisədir.

“Pozıvnoy Kacman” kanalı qeyd edib ki, insident qırıcı pilotunun səhvi səbəbindən baş verib. O, helikopteri Ukrayna PUA-sı ilə səhv salıb.

“Ka-52 (52M) vurulub, heyət arasında itkilər var. Görünür, qırıcı PUA-nı hədəf alarkən səhvən helikopterə atəş açıb. Hazırda hadisənin səbəbləri araşdırılır,” – məlumatda deyilir.

Bu kimi hallar rus ordusunda ilk dəfə deyil. 2024-cü ilin iyununda Anapa üzərində Rusiya HHM sistemi öz “Ka-29” helikopterini vurmuşdu, nəticədə ekipajın bütün dörd üzvü həlak olmuşdu.

“The Insider”in məlumatına görə, müharibə dövründə Rusiya “dost atəşi” nəticəsində ən azı 17 hərbi təyyarə və helikopter itirib.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
globalinfo.az

1Mənbələr